Azərbaycan Premyer Liqasının XXXII turunun "Sumqayıt" - "Qarabağ" oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- Oyun, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadı. "Qarabağ"la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. Rəqibə də uğurlar arzu edirəm.
- Xəyal Fərzullayev bu gün debüt etdi. Onu meydana buraxmaq riskli deyildi?
- Bu gün ilk matçı oldu. Oyundan sonra da çox ağladı. Özünü doğrultdu. Debütü möhtəşəm qələbə ilə oldu.
- Oyundan sonra sizə yaxınlaşanlar kimlər idi?
- Ailəm idi, çağırdılar, getdim yanlarına.
- Maraqlıdır, "Qarabağ"la oyuna hazırlıq müddətində baş məşqçi Samir Abasov İspaniyada səfərdə idi. Abasov sizə komandanı kökləməkdə sizə dəstək oldu?
- Gündə neçə dəfə Samir müəllimlə danışırdıq, tapşırıqlarını verdilər. Düzdür, meydana mən çıxarmışam, amma əziyət onundur. Hər gün danışıb, məsləhət etmişik. İspaniyada olsa da, demək olar, bütün günü bizimlə idi.
- "Qarabağ" üzərində qələbə komandaya qarşıdakı oyunlarda əlavə motivasiya verəcək?
- Əlbəttə. Ancaq futbolçular da dərk edir ki, növbəti hər oyun finala bərabər olacaq. Bu gün də elə düşüncə ilə çıxmışdılar. Geriyə dönüş yoxdur.
- "Sumqayıt"ı Avropada düşünürsünüzmü? Futbolçuları buna inandıra bilirsinizmi?
- Bugünkü oyun demək olar, Avropanın ən yaxşı komandalarından birinə qarşı idi. Avropada oynamağa öyrəşmək istəyiriksə, "Qarabağ" ən yaxşı rəqibdir. Onları məğlub edə biliriksə, Avropada da yaxşı çıxış edə bilərik.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |