
Əvəzedici heyətlərin yarışında 36-cı turun daha iki oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Neftçi" AZAL-ı evdə, "Bakı" isə "Qəbələ"ni səfərdə məğlub edib. 
"Xəzər Lənkəran" - "Simurq" matçı isə qonaq komandanın oyuna getməməsi üzündən baş tutmayıb. 
Bununla da əvəzedicilərin yarışına yekun vurulub. "İnter” qızıl medallara sahib çıxıb. "Simurq” ikinci olduğu halda, bürünc medalları "Neftçi” qazanıb.
27 may
"Neftçi” - AZAL - 2:1
Qollar: Pərviz Qaraxanov, 56. Emil Həsənzadə, 88 - Ruslan Nəsirli, 28
"Qəbələ” – "Bakı” - 0:1
Qol: Mahir Mədətov, 35
26 may
"Sumqayıt” - "İnter” - 0:2
Qollar: Aqil Güləhmədov, 43-öz qapısına. Azər Salahlı, 88









                 





    
    
    
    
    
    
    
    
    























































