
"Qələbə münasibəti ilə azarkeşləri təbrik edirəm. Sumqayıtlı futbol fanatları bizə hər zaman dəstək oldular". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Lİqasının son turunda "İnter"lə oyundan sonra deyib.
43 yaşlı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri matça belə şərh verib: "Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Digər tərəfdən "İnter”in heyətində çıxış edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Həmin oyunçuların bir neçəsini bəyəndim. Düşünürəm ki, gənc oyunçular Premyer Liqada oynamağa hazırdırlar. Düzdür, indiyə qədər "İnter”i məğlub edə bilməmişdik. Çempionatın sonuncu turundakı oyunumuz tarixə düşdü, amma mən bu qələbəni tarixi uğur hesab etmirəm”.