
"Son vaxtlar yaxşı nəticə qazana bilmirik ki, bunun da səbəbləri var. Biz "Neftçi” ailəsi olaraq, çətinlikləri arxada qoymağa çalışacağıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının son turunda AZAL ilə oyundan deyib.
45 yaşlı mütəxəssis 1:1 hesablı bərabərliklə bitən matç haqda bunları söyləyib: "Problemlərə baxmayaraq, futbolçular yaxşı təsir bağışladılar. AZAL ilə matç cari çempionatdakı sonuncu görüşümüz idi. Hazırda bütün diqqətimizi ölkə kubokunun finalına yönəltməliyik”.