
"Araz-Naxçıvan" klubu baş məşqçisi Elmar Baxşıyevlə müqavilə müddətini uzadıb
Sportnet.az Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşmanın müddəti 1 ildir.
Mütəxəssis 2024/25-ci il mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq.
Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub.