
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə bağlayıb.
Naxçıvan təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, klub son mövsüm "Qəbələ"də çıxış etmiş Ülvi İsgəndərovla anlaşıb.
Hücumçu qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün "Qəbələ"nin digər futbolçusu Urfan Abbasovla da sözləşmə imzalayıb.