"Neftçi”nin qələbəsiz oyunlar seriyası 7-yə çatıb. Aprelin 5-də "Simurq”la səfər qarşılaşmasında qalib gələn "ağ-qaralar” mövsümün son 7 matçında 4 heç-heçə edib, 3 məğlubiyyət alıb. Sportnet.az-ın məlumatına görə, "Qəbələ”yə 1:3, "Qarabağ”a 2:3, "İnter”ə 0:4 hesabı ilə uduzan Arif Əsədovun yetirmələri "Xəzər Lənkəran”, "Sumqayıt (hər ikisi 2:2), "Bakı” (0:0) və AZAL-la (1:1) qarşılaşmalarda 1 xalla kifayətlənib.
Bu, "Neftçi”nin Azərbaycan çempionatlarında ən uğursuz seriyasıdır. Cari mövsümədək "ağ-qaralar” ən pis halda 5 oyun qələbə həsrəti yaşamışdı. Belə seriyaya 5 dəfə - 1993/94, 2006/07, 2010/11 və 2013/14 (2 dəfə) mövsümlərində təsadüf olunub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |