AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az xəbər verir ki, toplantıda Premyer Liqada son klubu “Araz-Naxçıvan” olan Xaqani Məmmədovla bağlı məsələ müzakirə olunub.
48 yaşlı məşqçi “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb. Sınaq müddəti 24 ay təyin edilib.
Qeyd edək ki, Məmmədov ötən mövsüm əvvəl “Qəbələ”də, sonra “Araz-Naxçıvan”da çalışıb.