
"Turan Tovuz" heyətini yeni qapıçı ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, Tovuz təmsilçisi vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qorumuş İvan Konovalovla 1+1 illik müqavilə bağlayıb.
Moskva “Spartak”ının yetirməsi olan qapıçı Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” komandalarının da formasını geyinib.