
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan millisinə 4:1 hesabı ilə qalib gələn İspaniya yığması adını növbəti mərhələyə yazdırıb.
Matçda hesabı gürcülər açıblar. Robin Le Norman avtoqol müəllifi olub. İspaniya seçməsinin heyətində qolları isə Rodri, Fabian Ruis, Nika Vilyams və Dani Olmo vurublar.
İspanlar 1/4 finalda Almaniya yığması ilə qarşılaşacaqlar.
Qeyd edək ki, daha əvvəl İsveçrə və İngiltərə kollektivləri də 1/8 finala adlayıblar.
--------------------------------------
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu baş tutub.
Sportnet.az xəbər verir ki, İngiltərə və Slovakiya yığmaları üz-üzə gəlib. Gelzenkirxen şəhərində yerləşən "Feltins Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyi üçün əlavə vaxt oynanılıb.
Əlavə 30 dəqiqədə daha bir top vuran ingilislər adını 1/4 final mərhələsinə yazdırıblar.
Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.