
Rusiya Futbol İttifaqına (RFS) vahid MDB yığmasının yaradılması barədə təklif göndərilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə SSRI yığmasının və "Spartak" klubunun sabiq qapıçısı Anzor Kavazaşvili "KP Sport"a açıqlama verib.
82 yaşlı mütəxəssis bildirib ki, vahid komandada Özbəkistan, Tacikistan, Qazaxıstan və hətta Gürcüstanla yanaşı Azərbaycan da təmsil oluna bilər.
Kavazaşvilinin sözlərinə görə, hər ölkədən bir məşqçi götürməklə onlardan məşqçilər heyəti formalaşdırmaq olar: "Mayın 1-də və mayın 9-da Lujniki stadionunda böyük mükafat fonduna malik kommersiya matçı keçirməyə cəhd olunmalıdır. Bu, ona görə lazımdır ki, xalq RFS-in əllərini yanlarına salmadığını görsün. Matç ilk baxışdan siyasi xarakter daşımalıdır. Bu, bizim ruhdan düşmədiyimizi və hər zaman sınaqçı rəqiblər tapdığımıza dair dünyada müəyyən rəy yaratmaq üçündür".
Qeyd edək ki, daha əvvəl FIFA Rusiya klublarını və milli komandalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.