
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində yer alan “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avstriyada keçirlən qrup oyununda Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
27 avqust
19:00 "Araz-Naxçıvan" – "Sparta Belfast" (Şimali İrlandiya)
Linz. NMS İdman Sarayı
Qeyd edək ki, bu qrupun bütün oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.