İspaniyanın "Barselona" klubu Türkiyə və Suriyada baş vermiş zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib.
Sportnet.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi rəsmi tviter hesabı vasitəsi ilə məlumat yayıb.
Klub təbii fəlakət nəticəsində yaralananlara və zərərçəkənlərə şəfa diləyib.