Futzal üzrə Yüksək, Birinci, İkinci liqaların oyunları və Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk və cavab oyunlarının martın 19-dək azarkeşsiz keçiriləcək.
Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu barədə federasiya rəhbərliyi qərar qəbul edib.
Qurum Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahının tövsiyəsini və eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi ilə bu addımı atıb.
Qeyd edək ki, daha öncə futbol üzrə Azərbaycan Premyer Liqasında matçların azarkeşsiz keçiriləcəyi ilə bağlı qərar qəbul olunub.