Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunun qarşılaşmalarını idarə edəcək.
Martın 21-dən 26-dək Serbiyada təşkil olunacaq qrup oyunlarında Serbiya, Ukrayna, Rumıniya və Monteneqro komandaları mübarizə aparacaq.