AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az xəbər verir ki, iclas zamanı "Səbail" klubu iki dəfə cərimələnib:
2 aprel 2026-cı il tarixində I Liqada XX turun “Səbail” – “Baku Sportinq” oyununun 65-ci dəqiqəsində “Səbail” komandasının baş məşqçisi Adil Şükürov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Səbail” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);
2 aprel 2026-cı il tarixində I Liqada XX turun “Səbail” – “Baku Sportinq” oyununda “Səbail” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Səbail” komandası 1500 manat cərimə edilsin (maddə 52.5);













































































