
“İmişli” “Sumqayıt”ı minimal hesabla məğlub etdi - 1:0.
Sportnet.az xəbər verir ki, nominal ev sahiblərinin baş məşqçisi Jorj Kaşkilya 20 dəqiqə sonra oyunsonrası mətbuat konfransına çıxıb. Portuqaliyalı görüş barədə bunları söyləyib:
"Mediadan üzr istəyirəm ki, sizi bu qədər gözlətdim. Çox çətin və bərabər oyun oldu. Meydança pus vəziyyətdə idi. Çalışdığımız qədər güclü oynadıq. Rəqibimiz güclü idi. İlk hissədə real qol şansımız oldu. İkinci hissə də çətin oldu. Lakin biz qol vurduq. Bununla fəxr edirik. İşimiz qalibiyyətlə nəticələndi".
- Qalib gəlsəniz də, texniki məğlubiyyət alacaqsınız. Deyilənə görə qaldığınız oteldən narazısız. Doğrudur?
- Oyunçularımı çempion kimi görürəm. 1-ci liqadan gəlsək də, qələbələr qazanırıq. 7 xalımız var. Qalan suallar rəhbərliyə yönəlməlidi.
- Yağışa görə meydançada problem oldu. Daha pis yağışlar olacaq. Bundan narahat deyilsiniz?
- İstəyim yaxşı meydançadı. Yağışa nə edə bilərik. Hər yerə yağış yağır.
- Şamaxının süni örtüyü, yoxsa Qubanın təbii?
- Buna cavab verə bilməyəcəm.
- Növbəti oyuna qədər komandanı toparlaya biləcəksiniz?
- Biz peşakarıq. Komandanı toparlayacayıq. Tam hazır olacayıq.
- Azərbaycana gəldiyinizə peşmansınız?
- (8 saniyə düşünür). Şərhsiz.
- Futbolçulara mükafat veriləcək?
- Ancaq futbolla bağlı suala cavab verəcəm.
- Növbəti oyunda "Karvan-Yevlax"la qarşılaşacaqsınız. Hazırda psixoloji durum o qədər də yaxşı deyil. Necə hazırlayacaqsız komandanı?
- Biz peşakarıq. İşimizə də belə yanaşırıq. Futbolçularım oyuna tam hazır olacaq.