
"Ağır oyun alındı. Oyunöncəsi də qarşılaşmanın bizim üçün çətin keçəcəyini təxmin edirdik".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssisin sözlərinə görə, "Kəpəz” sonuncu yerdə olsa da, heyətində yaxşı, təhlükəli futbolçuları var: "Ümumilikdə komanda olaraq, yaxşı iş ortaya qoydu. Alınmayan detallar da var idi, bunları komanda şəklində yaxşılaşdırmalıyıq. Düşünürəm ki, layiqli qələbə qazandıq, yolumuza davam edirik. Sərəncamımda olan futbolçuların hamısı yaxşı, keyfiyyətli oyunçulardır. Əlbəttə, onların ustalıqları bizim üçün necə önəmlidirsə, rəqibin müdafiə xətti də onlara mane olur. Amma fikrimcə, bu gün hücumda yaxşı idilər və öz üzərlərinə nə düşürdüsə, onu etməyə çalışırdılar".
Haşım MƏMMƏDOV