Bu gün Azərbaycan Premyer Liqasınsda IV turun növbəti görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə də 2 qarşılaşma baş tutub.
Əvvəlcə "İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sumqayıt"ı qəbul edib. Daha əvvəl iki ev oyununu Şamaxı şəhər stadionunda keçirmiş Aran təmsilçisi indi yeni arenada ilk matçına çıxıb. Aran təmsilçisi qarşılaşmada 1:0 hesabı ilə qalib gəlsə də, protokolda səhv yol verdikləri üçün texniki məğlubiyyət alacaqlar.
Günün daha bir qarşılaşmasında isə "Turan Tovuz" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Qərb təmsilçisi görüşdə mininal hesablı qələbə qazanıblar.
Azərbaycan Premyer Liqası, IV tur
13 sentyabr (şənbə)
16:30. “İmişli” – “Sumqayıt” - 1:0
Qol: Mehdi Cənnətov, 72 - avtoqol
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu
19:00. “Turan Tovuz” – “Qəbələ” 1:0
Qol: Aleks Souza, 54
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Azersun Arena"
14 sentyabr (bazar)
16:30. “Şamaxı” – “Karvan-Yevlax”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”
12 sentyabr (cümə)
“Kəpəz” – “Araz-Naxçıvan” - 0:2
“Qarabağ” – “Zirə” - 1:1.








































































