
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə yeniyetmə şahmatçılar üçün növbəti dəfə “ustad dərsi” keçirilib.
Sportnet.az xəbər verir ki, respublika çempionatının qalib və mükafatçıları, həmçinin perspektivli şahmatçılar bu dəfə Dünya kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbovla görüşüblər.
Tanınmış qrossmeyster mötəbər yarışlara hazırlıq barədə danışıb, müxtəlif partiyaları təhlil edib və sonda uşaqların suallarını cavablandırıb.
Qeyd edək ki, oktyabrda kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.