
"Təəssüf ki, xaricdən gələn baş məşqçiləri o qədər də tanımıram, özləri tanınmış məşqçilər olsalar belə".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
52 yaşlı mütəxəssis yerli məşqçilərə həmişə böyük dəyər verdiyini bildirib: "Ğz üzərində həddindən artıq çalışan tanıdığım yerli məşqçilər var. Həmişə işgüzarlığa böyük önəm vermişəm. Bizim məşqçilərimiz çox işgüzardırlar. Korpusumuzdakı 5 məşqçinin hər biri gecə-gündüz düşünür, öz bacarıqlarını daha da yaxşılaşdırmaq istəyirlər. Belə olanda nəticə də, intizam da, gözəl kollektiv də. Öz məşqçilərimiz barədə onları yaxından tanıyaraq, işləri ilə yaxından tanış olaraq, belə düşünmüşəm. Qısa olaraq belə demək istəyirəm ki, təkcə millidə yox, klublarda da yerli məşqçilərə güvəncdən çəkinmək lazım deyil. Onlara daha da güvənmək, arxalarında durmaq və daha daha geniş yol açmaq lazımdır".
Qurbanov baş məşqçi təyinatlarının kollektivdaxili məsələ olduğunu da əlavə edib: "Bu, elə bir məsələdir ki, bəzi meyarlara düzgün əməl etməliyik. Bu, kollektiv içərisində müzakirəyə çıxarılası bir qərardır".
O, milli komandanın baş məşqçisi Fernandu Santuşun istefaya göndərildiyi AFFA İcraiyyə Komitəsinin iclasının onlayn formatda keçirildiyini də əlavə edib: "Orada fikirlər bildirildi".