
Taylandın paytaxtı Banqkokda Beynəlxalq Sumo Federasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclası keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirdə Azərbaycanı Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası təmsil edib.
İclas zamanı Assosiasiyanın vitse-prezidenti Ülvi Ağamirov 2026-cı ildə Azərbaycanda təşkil olunacaq sumo üzrə ünya çempionatı ilə bağlı təqdimatla çıxış edib.
Bununla yanaşı, vitse-prezident Kamayava Şiniçi və PR meneceri Yukiko Tadama da tədbirlərdə iştirak edərək Azərbaycanın idman potensialını beynəlxalq arenada tanıdıblar.