
Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olmaq üçün yerli futbol federasiyası ilə prinsipial razılıq əldə edib.
Sportnet.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
53 yaşlı mütəxəssis tezliklə futbola qayıdacaq. O, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatından sonra işə başlayacaq. Həmin vaxtadək komandaya hazırkı baş məşqçi Didye Deşam rəhbərlik edəcək.
Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illər aralığında İspaniya təmsilçisi "Real"da işləyib, komanda ilə iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.