
Formula 1 Azərbaycan Qran-Prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün açıq olacaq.
Sportnet.az xəbər verir ki şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Beləliklə, 15–17 sentyabr tarixlərində səhər saat 07:00–09:00 və axşam 18:00–20:00-da, 18 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən avtomobillərin hərəkəti mümkün olacaq.
Giriş nöqtələri:
- Salyan şosesi → Neftçilər prospekti və Azneft dairəsi
- M. Lermontov küçəsi → BMT-nin 50 illiyi küçəsi və İstiqlaliyyət
- S. Vurğun küçəsi → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti
- Bülbül prospekti → Xəqani küçəsi və Neftçilər prospekti
- Nizami və Puşkin küçələrinin kəsişməsi → Xəqani küçəsi
Çıxış nöqtələri:
- Neftçilər prospekti → Bakı Dəniz Limanı və Crescent Mall
- İstiqlaliyyət küçəsi → Azərbaycan prospekti
- Neftçilər prospekti → Azneft dairəsi və Dəniz Mall
Qeyd edək ki, bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulub, dayanma və parklama qadağandır.