Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Azersun Arena"da ötən mövsümün çempionu "Qarabağ" və vitse-çempion "Zirə" üz-üzə gəlib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
Hər iki qol standart vəziyyətdən vurulub. 39-cu dəqiqədə "Qarabağ"ın yay transferi Sami Mmaenin kobud oyununa görə təyin olunmuş penaltini Ruan Renato dəqiq yerinə yetirib. 81-ci dəqiqədə isə Kadi Borges cərimə zərbəsindən topu birbaşa "Zirə"nin qapısına göndərib.
Hazırda "Zirə" 4 oyundan 8 xalla 2-ci, "Qarabağ" 3 oyundan 4 xalla 5-ci yerdə gedir.
Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gələrək, 10 xalla liderliyə yüksəlib.
--------------------------
Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Kəpəz" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hər iki qol fasilədən sonra vurulub. Slavik Alxasov 65-ci, Bar Kohen 83-cü dəqiqədə fərqlənib.
Bununla da "Kəpəz" çempionatda ardıcıl dördüncü məğlubiyyətlə üzləşərək, sonuncu pillədə qalıb. Xalını 10-a çatdıran "Araz-Naxçıvan" isə vahid liderə çevrilib.
----------------------
Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə "Kəpəz" Qəbələ şəhər stadionunda "Araz-Naxçıvan"la üz-üzə gələcək. İlk 3 turdan məğlub ayrılan və turnir cədvəlində sonuncu yerdə gedən Gəncə təmsilçisindən fərqli olaraq, Naxçıvan komandası hələ uduzmayıb və 7 xalla 3-cü yerdə gedir.
Kollektivlər arasındakı son iki matç heç-heçə başa çatıb. “Araz-Naxçıvan” axırıncı 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Lakin tərəflərin indiyədək üz-üzə gəldikləri 12 görüşdən yarısında "Kəpəz" qələbə qazanıb. 2 oyun heç-heçə, 4 qarşılaşma Muxtar Respublika klubunun qələbəsi ilə bitib. Topların nisbətində "Kəpəz" ciddi fərqlə öndədir - 20:11.
Günün növbəti görüşü ötən mövsümü ilk 2 pillədə bitirmiş "Qarabağ" və "Zirə" arasında olacaq. "Azersun Arena"dakı matç öncəsi "köhlən atlar" 2 oyundan 3 xalla 8-ci, "qartallar" 3 oyundan 7 xalla 1-ci yerdə gedir. Bu, iki komandanın çempionatda 40-cı görüşü olacaq. Əvvəlki oyunların 26-da "Qarabağ", 2-də "Zirə" qalib gəlibsə, 11 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Ağdam təmsilçisi böyük fərqlə öndədir - 80:21.
Tərəflərdən “Qarabağ” son 7 oyunda qol vurub. “Zirə” son 3 səfərdən xalsız ayrılıb.
Azərbaycan Premyer Liqası, IV tur
12 sentyabr (cümə)
17:45. “Kəpəz” – “Araz-Naxçıvan” - 0:2
Qollar: Slavik Alxasov, 65. Bar Kohen, 83
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
20:00. “Qarabağ” – “Zirə” - 1:1
Qollar: Kadi Borges, 81 - Ruan Renato, 39 (pen.)
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”
13 sentyabr (şənbə)
16:30. “İmişli” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu
19:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Azersun Arena"
14 sentyabr (bazar)
16:30. “Şamaxı” – “Karvan-Yevlax”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”.










































































