
İngiltərə Premyer Liqasında çıxış edən “Lids” yeni baş məşqçi axtarışındadır.
Sportnet.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
İddialara görə, klubun maraq dairəsində iki tanınmış portuqaliyalı mütəxəssis var – Joze Mourinyo və Nuno Espiritu Santu. Hər iki məşqçi hazırda işsizdir. “Xüsusi” ləqəbli Mourinyo son olaraq “Fənərbaxça”nı, Santu isə “Vulverhempton”u çalışdırıb.
Hazırda “Lids”in baş məşqçisi vəzifəsini Daniel Farke tutur. Komanda Premyer Liqanın üç turundan sonra 4 xal toplayaraq, turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.