
"Azərbaycanın verdiyi dəstək bizim üçün çox şey deməkdir".
Sportnet.az xəbər verir ki, bunu Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko CBC Sport-a müsahibəsində deyib.
"Mən sizə, ölkə başçınıza, federasiya prezidentinə güclü dəstəyə görə təşəkkür edirəm. Biz tək deyilik, bizim dostlarımız var", - əfsanəvi futbolçu bildirib.
Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan və Ukrayna milliləri 2026-cı il dünya çempionatının seçmə matçında üz-üzə gəliblər. D qrupunun II tur matçında qalib müəyyənləşməyib - 1:1.