
Azərbaycan boksçuları İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında çıxışlarını başa vurub.
Sportnet.az xəbər verir ki, milli komanda mundialda iki bürünc medal qazanıb.
75 kq çəkidə yer alan Səidcəmşid Cəfərov yarımfinalda Özbəkistan təmsilçisi Fazliddin Erkinboyevə 1:4 hesabı ilə uduzub.
Titullu boksçu Alfonso Dominges isə 90 kq çəkidə finala gedən yolda braziliyalı İsayas Santos Ribeyro Filyoya yenilib - 2:3.
Xatırladaq ki, dünya çempionatında Azərbaycanı ümumilikdə 11 boksçu təmsil edib.