
Azərbaycan I Liqasında ilk turun növbəti görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, ikinci oyun gününün hər iki qarşılaşması Bakıda baş tutub.
"Mingəçevir"i qəbul edən "Səbail" və "Şimal"ı qonaq edən "Şəfa" eyni hesabla qalib gəlib - 2:0.
Qeyd edək ki, "Şəfa" və "Şimal" I Liqaya II Liqadan yüksəlibsə, "Səbail" Premyer Liqadan enib.
I Liqa, I tur
12 sentyabr (cümə)
16:30. “Şəfa” – “Şimal” - 2:0
Qollar: Emin Zamanov, 23 (p.). Elnur Cəfərov, 51
Qolla nəticələnməyən penalti: Emin Zamanov, 35 ("Şəfa")
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Mirnihat Seyidov, Əkbər Əhmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 150 tamaşaçı
19:00. “Səbail” – “Mingəçevir” - 2:0
Qollar: Afonso Almeyda, 37. Emil Qasımov, 61
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
“ASCO Arena”, 300 tamaşaçı
13 sentyabr (şənbə)
16:30. “Baku Sportinq” – “Difai”
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Sənan Atayev, Ruslan Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Buzovna qəsəbə stadionu
11 sentyabr (cümə axşamı)
MOİK – “Şahdağ Qusar” - 1:2
“Zaqatala” – “Cəbrayıl” - 0:1