
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə rapid və blits üzrə kişi və qadınlar arasında ölkə çempionatı keçiriləcək.
Sportnet.az xəbər verir ki yarış 4–8 dekabr tarixlərində baş tutacaq və İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Çempionatda kişilər arasında FIDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə biləcəklər.
Turnirin ümumi mükafat fondu 10 min manat təşkil edir. Bunun 6000 manatı kişilərin, 4000 manatı isə qadınların yarışında oynanılacaq. İştirakçıların sayından asılı olaraq yarış sistemi və turların sayı dəyişə bilər.
Qeyd edək ki, ölkə çempionatlarında ilk üç yeri tutacaq şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar.