
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma komanda İsveçdə təşkil olunan 1-ci tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib. Azərbaycan millisi bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan yığma 1-ci turu 3 xalla başa vurub.
Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 13-15 iyun tarixlərində Azərbaycanda təşkil olunacaq. Bu mərhələdə rəqiblər Lüksemburq və Macarıstan yığmaları olacaq.
Avropa Gümüş Liqası (kişilər)
I tur (İsveç)
Gürcüstan - Azərbaycan 0:3 (20:25, 18:25, 18:25)