
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3x3 unified (inklüziv birləşmiş idman) basketbol komandası İsveçrənin Mi şəhərində keçirilmiş 3x3 beynəlxalq turnirdə qələbələr qazanıb.
Komitənin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ilk yarış günündə yoxlama oyunları keçirilib.
Bu oyunların nəticələrinə əsasən Azərbaycan A qrupunda yer alıb.
Milli komanda ilk görüşündə Fransaya 8:2 hesabı ilə qalib gəlib. Ardından Niderlandı 5:3, Finlandiyanı 5:4 hesabı ilə yenən Azərbaycan yığması qrupun qalibi olub.
Qeyd edək ki, turnirdə ümumilikdə 14 Xüsusi Olimpiya komandası mübarizə aparıb.