Futzal üzrə Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, D qrupunda yer alan millinin ikinci turdakı rəqibi Çexiya olub.
Gərgin və dramatik mübarizəyə şəraitində keçən görüş son dəqiqədə vurulmuş dəqiq zərbə sayəsində Azərbaycan futzalçılarının qələbəsi ilə yekunlaşıb - 6:5. Bununla da Faustino Peresin komandası böyük ehtimalla 1/4 finala vəsiqəni təmin edib.
İlk turda Azərbaycan yığması İtaliyaya 0:3 hesabı ilə uduzub. Çexiya isə birinci oyununu hələ bu gecə keçirib. Növbəti mərhələyə 3 komandadan ibarət qrupu ilk 2 pillədə tamamlayanlar vəsiqə qazanacaq. Qrupun taleyinə fevralın 7-də İtaliya və Çexiya arasında keçiriləcək son oyundan sonra aydınlıq gələcək. Bu görüşdə də Çexiya qalib gələ bilməsə, İtaliya və Azərbaycan yığmaları 1/4 finala yüksələcək.
Avropa çempionatı
D qrupu, II tur
24:00. Azərbaycan - Çexiya - 6:5
Qollar: Rizvan Fərzəliyev, 6. Vitali Borisov, 7. Fineo de Araujo, 12. Eduardo, 20. Auqusto, 27. Rafael, 40 - Radim Zaruba, 10. Miçal Holi, 12. Lukaş Reşetar, 16. İrji Novotnı, 24. Miçal Kovaç, 31
Hakimlər: Admir Zahoviç (Sloveniya), Cerald Bauemfaynd (Avstriya), Tomaş Frak (Polşa), Saşa Tomiç (Xorvatiya)
Belqrad, "Belqrad Arena"