19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlər yaranıb.
Sportnet.az-ın məlumatına görə, mütəxəssis yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq.
Bu səbəbdən yığmanı Avropa çempionatının əsas mərhələ oyunlarına İlqar Aslanov çıxaracaq.
Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun matçları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.