“Milli komandamız Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatında əla çıxış etdi”.
Bunu Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov Sportnet.az-a açıqlamasında deyib.
“Final görüşlərindən danışmaq istəyirəm. Çox gözəl güləş göstərdilər. Finala çıxan 4 idmançımızın heç biri rəqiblərə xal vermədən hər 5 görüşü qalib gəldi. Bu, komandanın fiziki və taktiki hazırlığını göstərir”, - Elxan Məmmədov vurğulayıb.
Baş məşqçisi millinin yarışlara çox yaxşı hazırlaşdığını əlavə edib: “Polşada, Türkiyədə və Xorvatiyada beynəlxalq təlimlər keçirilmişdi. Ona görə də millimiz bu yarışa hazır idi, şükür ki, nəticələr çox yaxşı oldu”.