Dekabrın 8-də gənclər və idman naziri Fərid Qayıbov regional gənclər və idman idarələrinin, rayon gənclər və idman sektorlarının, nazirliyin strukturuna daxil olan Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin, digər idman qurğularının və uşaq-gənclər idman məktəblərinin (UGİM) rəhbərləri ilə görüşüb.
Sportnet.az xəbər verir ki, görüşdə nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva da iştirak ediblər.
Tədbirin gündəliyinə əsasən, idarə və sektorların, Olimpiya İdman Komplekslərinin, UGİM-lər və digər təşkilatların fəaliyyəti müzakirə edilib. Nazirliyin müvafiq şöbə müdirlərinin hesabatlarından sonra regional idarələrin, Olimpiya İdman Komplekslərinin və digər tabe qurumların rəhbərlərini dinləyən nazir Fərid Qayıbov onların fəaliyyətlərinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verib.