
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda top və halqalarla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 175 gimnast çıxış edir.