
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan komandası çarpaz qarşılaşmada lentlərlə hərəkətlərin icrasında 21.250 xal toplayaraq Estoniya yığmasına qalib gəlib.
Ukraynadan üstün olan Bolqarıstan qızıl, Gürcüstanı məğlub edən İtaliya yığmasl gümüş mükafata yiyələnib.
Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə sabah yekun vurulacaq.