
Tel Əviv şəhərində kişi idman gimnastikası üzrə 1-ci Açıq İsrail Kubokunda Oleq Stepko halqalar və paralel qollar üzərində hərəkətlərdə qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, Stepko sərbəst hərəkətlərin icrası, həmçinin gimnastika atı üzərində çıxışda isə ikinci yerə sahib çıxıb.
"Bakı 2015" I Avropa Oyunlarının qızıl medalçısı O.Stepko çoxnövçülükdə 89 xal toplayaraq, fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Avropa Oyunlarının komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk isə 4-cü yerdə qərarlaşıb. 2-ci yerə
Xorvatiya idmançısı Filip Ude, üçüncü yerə isə Aleksandr Şatilov layiq görülüb.
Petro Paxnyuk sərbəst hərəkətlərdə bütün iştirakçılardan güclü olub. Dayaqla tullanmada isə o, 3-cü yeri tutub.