Macarıstanın Kişkunfeledxaza şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir başa çatıb.
Sportnet.az xəbər verir ki, yeniyetmələr proqramında Azərbaycanı təmsil edən Samirə Qəhrəmanova öz həmyaşıdları arasında uğurlu çıxışı ilə fərlənib.
Belə ki, gimnastımız dayaqlı tullanma proqramında 12.450 xal toplayaraq, turnirin bürünc mükafatını qazanıb. O, çoxnövçülükdə isə 21 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.