
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.
Sportnet.az xəbər verir ki, turnirin son günündə Azərbaycan idmançılarından Marina Nekrasova mübarizə aparıb. O, gimnastika tiri yarışında 11.366 xallıq nəticə ilə 7-ci olub.
Qeyd edək ki, yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Ümumilikdə 41 ölkədən 170 gimnast mübarizə apardığı turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunub. Onlardan Nikita Simonov halqalarla çıxışda gümüş medal qazanıb. Murad Ağarzayev və İvan Tixonov fəxri kürsüyə yüksələ bilməyiblər.