"Bu medalı qazanmaq üçün çox çalışdım".
Sportnet.az-ın məlumatına görə, bunu Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda ikinci yeri tutan Azərbaycan təmsilçisi Selcan Mahsudova deyib.
19 yaşlı idmançı böyüklər arasəmda ilk medalını əldə etdiyi üçün xoşbəxt olduğunu bildirib: "Nəhayət ki, bu medalı qazandım. Yarışın yeni qaydalarla keçirilməsi yaxşıdır. Bu, bizim üçün də əlverişlidir".
Mahsudova növbəti yarışlarda daha uğurlu mübarizə aparmaq üçün əlindən gələni edəcəyini söyləyib.
Qeyd edək ki, Selcan Mahsudova finaldakı ilk cəhdində 52.780 xala layiq görülüb. Qızıl medala 53.900 xalla İrina Kundius (Rusiya), bürünc medala isə 51,820 xalla Corciya Campyeri (İtaliya) sahib çıxıb.