
Azərbaycanın aerobika üzrə komandası gümüş medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan millisi göstərdiyi nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, mükafatlandırma sabah keçiriləcək.
------------------------------------
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıb.
Mustafayeva, Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da finala adlayıblar.
Qeyd edək ki, final mərhələsi avqustun 14-də olacaq.