1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiyalı idmançı qızıl medal qazandı
Aleksandra Soldatova Dünya Kuboku mövsümün açılışında bədii gimnastika üzrə çoxnövçülükdə qızıl medalı sığortalayıb. Sportnet.az-ın məlumatına görə, rusiyalı idmançı Lissabonda keçirilən FIG (Beynəlxalq Gimnastika Federasiyası) Bədii Gimnastika üzrə Dünya Kubokunda həmvətənlərini və 2014-cü ilin dünya çempionları Marqarita Mamunu (73.250) və Yana Kudryavstsevanı (72.400) arxada qoyaraq ümumilikdə 73.600 xal toplayıb.
2014-cü ildə Rusiyada çoxnövçülükdə bürünc medala qazanmış 16 yaşlı Soldatova gürzlə oyunlarda birinci yerə (18.400), topla oyunlarda isə gümüş medala (18.100) yiyələnib. Mamun isə üç alətdə (top, halqa və lent) qələbə qazansa da, gürzü bir neçə dəfə yerə salmaqla çöxnövçülükdə qələbəni əldən verib.
Kudryavtseva gürzlə oyunlarda gümüş medal qazanıb. 2014-cü ilin Dünya Kubokunun bürünc medalçısı Cənubi Koreyalı Yeon Сae Son halqa ilə oyunlarda ikinci pillədə qərarlaşıb. İki qat Olimpiya çempionu israilli Neta Rivkin də lentlə oyunlarda eyni pillədə dayanıb. Belarus gimnastı Katerina Qalkina gürz və halqa ilə oyunlarda bürünc medalı qazana bilib. Azərbaycanlı Marina Durunda isə top və lentlə oyunlarda bürüncə yiyələnib.
Komanda hesabında qızılı İtaliya (34.650) 34.600 xal toplamış İsraili arxada qoyaraq qızıl medal qazanıb. İspaniya isə 32.000 xalla üçüncü yerdə qərarlaşıb. İtalyanlar halqa ilə oyunlarda 2, gürzlə oyunlarda isə 6 qızıl medal qazanıblar. Bolqarıstan ikinci, İsrail isə üçüncü yerə sahib çıxıb. Rusiya qrupda qələbə qazanaraq, lentlə oyunlarda 5 qızıl əldə edib. İsrail yarışı ikinci, Yaponiya isə ümüncü başa vurub.
Qeyd edək ki, 2015 Bədii Gimnastika üzrə Dünya Kuboku Buxarest istisna olmaqla yeddi fərdi və qrup yarışını ehtiva edir. Növbəti yarışlar 3-5 aprel tarixlərində Buxarestdə keçiriləcək.