Ötən mövsüm "Qəbələ”də qapıçılar üzrə məşqçi kimi çalışmış Dmitri Kramarenkonun Sportnet.az-a müsahibəsi
- Yuri Syominin istefasından sonra işinizi davam etdirəcəksiniz?
- Hazırda Moskvadakı evimdə dincəlirəm. Yəqin ki, "Qəbələ”də baş məşqçi məsələsinə aydınlıq gəldikdən sonra Vətənə dönəcəyəm. "Qəbələ” ilə müqaviləmin müddəti mövsümün sonunda başa çatıb və rəsmən heç bir kluba bağlılığım yoxdur.
- Hazırda Moskvadakı evimdə dincəlirəm. Yəqin ki, "Qəbələ”də baş məşqçi məsələsinə aydınlıq gəldikdən sonra Vətənə dönəcəyəm. "Qəbələ” ilə müqaviləmin müddəti mövsümün sonunda başa çatıb və rəsmən heç bir kluba bağlılığım yoxdur.
- "Qəbələ”nin "sükanı arxası”na İvaylo Petevin keçəcəyi gözlənilir...
- Bu xəbəri sizdən eşidirəm. Deməli, qısa zaman kəsiyində mən də Qəbələyə dönəcəyəm. Bunu deyə bilmərəm ki, bolqarıstanlı mütəxəssis mənimlə birgə işləmək istəyəcək, ya yox. Bəlkə heç işləmək istəməyəcək? Azərbaycana qayıtdıqdan sonra bu məsələlərə aydınlıq gələcək.
- Belə bir məlumat dolaşır ki, "Qəbələ”də rəhbərliyi altında çalışdığınız Syomin Sizi hazırkı klubu "Mordoviya”ya da dəvət edib...
- Yuri Pavloviçlə bu barədə heç bir söhbətimiz olmayıb. Saransk təmsilçisi iyunun ortasında bir araya gələcək və yalnız bundan sonra bir çox suallara aydınlıq gələcək.
- Maraqlıdır, həm "Qəbələ”, həm də "Mordoviya”dan təklif gəlsə, hansına üstünlük verəcəksiniz?
- Yuri Syomin dünya şöhrətli mütəxəssisdir. Onun komandasında çalışmaq əlbəttə, xoşdur. Lakin "Qəbələ” mənə çox əzizdir. Həm rəhbərliklə, həm futbolçularla, həm də şəhərlə bağlı ən xoş təəssüratları yaşamışam. Bütün hallarda sualınıza indi cavab verməyə çətinlik çəkirəm. Gəlin, bunu zamanın ixtiyarına buraxaq.