
Qətər 2036-cı il Yay Olimpiya Oyunlarını keçirmək üçün Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə danışıqlar aparır.
Sportnet.az-ın məlumatına görə, bu barədə Qətər Olimpiya Komitəsinin prezidenti və Sifariş Jomitəsinin sədri şeyx Coan bin Həmad Əl-Tani açıqlama verib.
Onun sözlərinə görə, ölkəsinin lazımi idman infrastrukturunun 95 faizi hazır vəziyyətdədir: “Bütün obyektlərin 100 faiz hazırlığını təmin edəcək milli planımız var”.
IOC-un yeni qaydalarına əsasən, olimpiadanı keçirməyə namizədlər bu barədə rəsmən açıqlama vermək məcburiyyətində deyillər və onların mütləq əksəriyyəti ali qurumla konfidensial danışıqlar aparmalıdırlar. Lakin IOC-un sabiq prezidenti Tomas Bax postunu tərk etməzdən əvvəl bildirib ki, 2036 və 2040-cı il olimpiadalarına namizəd ölkələr ikirəqəmli saydadır və bura Hindistan, CAR, Cənubi Koreya, Türkiyə və Macarıstanın da daxildir.
Qeyd edək ki, son 10 ildə Qətər müxtəlif növlər üzrə dünya çempionatlarına, o cümlədən, futbol üzrə 2022-ci il dünya çempionatına ev sahibliyi edib. Paytaxt Doha həndbol (2015), velosiped idmanı (2016), atletika (2019), su idman növləri (2024) və stolüstü tennis (2025) mundiallarının təşkilatçısı olub. 2027-ci ildə isə Qətər basketbol üzrə dünya çempionatını qəbul edəcək.
Növbəti Yay Olimpiya Oyunları 2028-ci ildə ABŞ-nin Los-Anceles, 2032-ci il olimpiadası isə Avstraliyanın Brisben şəhərində keçiriləcək.