1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çexiyaya kimlər gedəcək?
Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (EOC) noyabrın 18-də Çexiyanın paytaxtı Praqada işə başlayacaq 44-cü Baş Assambleyasına qatılacaq. Milli Olimpiya Komitəsindən (MOK) Sportnet.az-a verilən məlumata görə, 3 gün davam edəcək assambleyada gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edəcək.
EOC İcraiyyə Komitəsinin üzvü olan Ç.Hüseynzadə adı çəkilən təşkilatın 4-cü iclasında da iştirak edəcək. Həmçinin, tədbir çərçivəsində EOC-un "İdmanda Qadın və Bərabərlik" Komissiyasının üzvü olan K.Nurullayevanın da iştirakı nəzərdə tutulub.
2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları və 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Yeniyetmələr arasında 2016-cı ildə Lillehhammerdə keçiriləcək Qış Olimpiya Oyunları da müzakirə olunacaq. Həmçinin, 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalına namizəd ölkələrin siyahısı açıqlanacaq.
Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.