1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kubalı ikiqat olimpiya çempionu Göygöldə
Azərbaycanın güləş yığmaları 2016-cı il Yay Olimpiya Oyunlarına hazırlıqları davam etdirirlər. Sportnet.az-ın məlumata görə, yunan-Roma və sərbəst güləş yığmaları Göygöy Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Bolqarıstanın Belmeken təlim-məşq bazasında toplanışdadır.
Mayın 13-dən Bolqarıstana yollanan qadın güləşçilər ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. Təlim-məşq toplantısında həmçinin, Türkiyə, Belarus və Macarıstan yığmasının üzvləri də iştirak edir.
Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə mayın 15-dən başlayıb və 30-dək davam edəcək. "Klassik" güləşçilərin toplanışında Kuba, İran və Gürcüstan güləşçiləri də iştirak edir. Kuba yığmasının heyətində ikiqat olimpiya, 5 qat dünya və 8 qat Pan-Amerika çempionu Mijain Lopez (130 kq), dünya və 3 qat Pan-Amerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı, Pan-Amerika çempionatının qalib və mükafatçıları da yer alıb.
Sərbəst güləşçilər də hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirir. Kuba sərbəst güləş yığmasının heyətində Dünya və Pan-Amerika çempionatlarının qalib və mükafatçıları yer alıb.
Qeyd edək ki, "Rio-2016"da Azərbaycan güləşçiləri 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14 - 21 avqustda olacaq.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb