1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin sabiq üzvü rəsmən olimpiadada
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək kayak və kanoe üzrə Rusiya milli komandasının heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, 14 idmançıdan ibarət siyahıda Azərbaycan yığmasının sabiq üzvü Andrey Kraytor da yer alıb.
O, 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşlərə qatılacaq. Kraytor Azərbaycanı qarşıdakı olimpiadada təmsil edəcək titullu kanoeçi Valentin Demyanenkonun rəqibi olacaq.
Natalya Podolskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı ilə 200 metr, Yelena Anyuşina 500 metr məsafəyə yürüş edəcək. Onlar hər iki məsafədə Azərbaycanın əslən ukraynalı təmsilçisi, olimpiya çempionu İnna Osipenko-Radomskayanın rəqibi olacaqlar.
Qeyd edək ki, Andrey Kraytor Azərbaycan millisində 2009 - 2012-ci illərdə çıxış edib.