1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Paralimpiyaçı olimpiya çempionundan sürətli qaçdı
2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 1500 metr məsafəyə qaçışın qalibi olimpiya çempionundan daha sürətli olub.
Sportnet.az xəbər verir ki, Əlcəzairdən olan paralimpiyaçı Abdellatif Baka bu məsafəni 3 dəqiqə 48,29 saniyəyə qaçıb. Efiopiyalı Tamir Demiss 3 dəqiqə 48,59 saniyəyə qaçaraq ikinci, Keniyadan olan paralimpiyaçı Henri Kirve isə 3-cü olub. Abdellatif Bakanın qardaşı Fuad Baka isə 3 dəqiqə 49,59 saniyə ilə finişə dördüncü çatıb.
Halbuki son olimpiya çempionu, ABŞ idmançısı Mettyü Tsnetroviç bu məsafəni 3,5 dəqiqəyə qaçıb. Bu isə paralimpiyaçıların mübarizəsində ilk 4 yeri tutanların göstəricilərindən də zəifdir. Amma Tsnetroviç 108 il ərzində 1500 metrlik məsafəyə qaçışda olimpiya çempionu olan ilk ABŞ idmançısıdır.